Oktyabrın 31-i Masazır qəsəbəsində yerləşən hotellərin birində 1990-cı il təvəllüdlü Turanə Cavadovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.
Bu barədə APA məlumat verib.
1996-cı il təvəllüdlü Rəsul Niftəliyevin tamah niyyəti ilə zərərçəkmişi boğub öldürərək sonuncunun üzərində olan 150 manat pulu götürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Rəsul Niftəliyev şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.