Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən istixanada yanğın baş verib. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 20 yanvar tarixində xəbər verir.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində istixananın ərazisində yerləşən və sahəsi 120 kv.m olan qazanxanada baş vermiş yanğın genişlənməsinə, habelə istixanaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qazanxananın içərisində 2 ədəd su qızdırıcısı, 4 ədəd elektrik lövhəsi, 10 poqonometr istilik sisteminin izolyasiyası, 30 poqonometr elektrik kabelləri və 5 kv.m sahədə müxtəlif avadanlıqlar yanıb. Qazanxananın böyük hissəsi, içərisində olan digər qurğu və avadanlıqlar, habelə istixana yanğından mühafizə olunub.