Abşeron rayonunda usta 7-ci mərtəbədən yıxılaraq ölüb. Bu barədə 11 dekabr tarixində APA məlumat verib.
Masazır qəsəbəsində kafel-metlax ustası kimi fəaliyyət göstərən 1960-cı il təvəllüdlü Füzuli Həsənov işlədiyi binanın 7-ci mərtəbəsindən yükqaldırıcı qurğu ilə aşağı düşərkən yıxılaraq ölüb.
Araşdırma aparılır.