Abşeronda yük avtomobilinin aşması nəticəsində bir nəfər xəsarət alıb. Bu barədə 17 yanvar tarixində Report məlumat verib.
Belə ki, Masazır qəsəbəsində "Shacman" markalı yük avtomobili yol kənarına aşıb. Nəticədə bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həmin şəxs müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.