Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günləri çərçivəsində məşhur caz pianoçusu Alfredo Rodriges çıxış edib. Bu barədə İnsanoid mərkəzin mətbuat xidmətinə istinadən bu gün, 5 iyul tarixində xəbər verir.
Kubalı cazmenin Bakı konserti musiqiçinin dünya turnesi çərçivəsində baş tutub.
Caz improvizasiyaları ilə məşhur olan Alfredo Rodriges ilk dəfə 2006-cı ildə İsveçrənin Montre şəhərində keçirilən nüfuzlu caz festivalında diqqəti özünə cəlb edib.
2009-cu ildə Alfredo Rodriges Amerika Birləşmiş Ştatlarına köçür və burada - cazın vətənində onun məharəti diqqətdən kənarda qalmır. O, “caz-latın Amerika musiqisi-klassika” üçbucağında aparıcı ifaçılardan birinə çevrilir.
İyulun 5-də və 7-də isə Heydər Əliyev Mərkəzinin parkında açıq hava konsertləri keçiriləcək. Parkdakı konsertlərə giriş sərbəst olacaq.