Ötən gün saat 15:00 radələrində Qəbələ rayonunun Bılıx kəndi ərazisində “VAZ-2106” markalı avtomobilin sürücüsü Zülfüqar Göyüşov idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb. Bu barədə 3 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Nəticədə sürücü xəsarət alıb, avtomobildə sərnişin qismində olan oğlu, 2011-ci il təvəllüdü Y.Göyüşov isə aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.