Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham edilən idman müəllimi Mehman Xəlilovun ilkin ifadəsi məlum olub. Bu barədə APA 4 may tarixində xəbər verib.
Sumqayıt Şəhər Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini deyib. Mehman Xəlilov uşağın ölümündə günahkar olmadığını bildirib.
Onun barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilməsi haqda qərardan apellyasiya şikayəti verilməyib.