Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 18 iyun tarixində xəbər verib.
Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. BMW markalı avtomobil idarəetməni itirərək bir neçə avtomobillə toqquşub.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, 30 yaşlı Məmmədşah Zeynalovun idarə etdiyi BMW markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan "Mercedes", "Chevrolet" və "VAZ" markalı avtomobillərə çarpılıb.
Nəticədə ikisi azyaşlı olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.