Türkiyənin məşhur yarışması olan “MasterChef Türkiye”nin növbəti buraxılışı Azərbaycana həsr edilib. Bu barədə İnsanoid bu gün, 25 avqust tarixində xəbər verib.
Bununla bağlı “MasterChef Türkiye”nin “İnstagram” hesabında video paylaşılıb.
Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.
Proqramda Azərbaycan təamları vəonların hazırlanma texnikalarından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzərələrindən kadrlar təqdim olunur.