Azərbaycan atıcısı Leyli Əliyeva II MDB Oyunlarında qızıl medal əldə edib.
Bu barədə 8 avqust tarixində Report xəbər verib.
Belarusun paytaxtı Minskdə keçirilən oyunlarda o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma növündə ən yaxşı nəticəni göstərib.
L.Əliyeva ötən ay Cənubi Koreyanın Çanqvon şəhərində gənclər arasında təşkil olunmuş Dünya Çempionatında bürünc medal əldə edib.