Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Şəmkir şəhərində keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişib. Bu haqda 2 fevral tarixində Azərtac məlumat verib.
Sədr Şəmkir və Gədəbəy rayonlarının sakinlərini fevralın 15-də qəbul edəcək. Görüş Şəmkir Suvarma Sistemləri idarəsinin inzibati binasında baş tutacaq.