Bakı Metropolitenində aktiv koronavirus xəstəsi olan Masallı rayon sakini saxlanılıb. Bu barədə APA aprelin 9-da Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Ona ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, sözügedən şəxs yaşayış yerini tərk edib. Saxlanılan şəxs tibbi prosedurlar gözlənilməklə evinə qaytarılıb.
Hadisə ilə bağlı səhiyyə qurumu məlumatlandırılıb.