Milli Məclisin bir qrup deputatı Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün Ankaraya səfər edəcəklər. Bu barədə İnsanoid Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bu gün, 25 may tarixində məlumat verir.
Mayın 26-da baş tutacaq səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvü, deputat Anar Məmmədov TÜRK PA, deputat, ATƏT PA-da Azərbaycan nümayəndə heyəti rəhbəri Azay Quliyev isə ATƏT PA xətti ilə Türkiyə Respublikasında mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallıqlarını izləyəcəklər.
Səfər mayın 29-da başa çatacaq.