İnsanoid teatrın mətbuat xidmətinə istinadən bu gün, 1 may tarixində xəbər verir.
Direktorun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub.
Əməkdar mədəniyyət işçisi İ.Əsgərov 28 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi incəsənət, teatr və konsert işləri üzrə prodüser fakültəsini, 2006-cı ildə teatr rejissoru üzrə magistratura pilləsini bitirib.
1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan İlham Əsgərov 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində çalışıb. 2018-ci ildən teatrın yaradıcı işlər üzrə direktor müavinidir.
Xatırladaq ki, teatrın direktoru Azərpaşa Nemətov aprelin 9-da 76 yaşında dünyasını dəyişib.