Bakıda Azərbaycan Milli Güləş Federasiyasının prezidenti Cəlal Qurbanov obyekt sahibini döyüb. Bu haqda aprelin 8-də Report məlumat yayıb.
Hadisə aprelin 6-sı Yasamal rayonundakı “Pinachi” kimyəvi təmizləmə mərkəzində baş verib. O və bir neçə tanışı obyektin sahibi Fəhmin Əlizadənin üzərinə hücum edib.
C.Qurbanov xuliqanlıq zəminində zərərçəkmişə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, sözügedən şəxs Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, "Fire Land" prodakşının rəhbəridir. O, həmçinin Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti, Milli Güləş Federasiyasının prezidentidir.