Milli Məclisin deputatı Jalə Əhmədova “Vinq Çun” döyüş sənəti federasiyasındakı vəzifəsindən istefa verib. Bu haqda aprelin 12-də Oxu.Az xəbər verib.
Buna səbəb J.Əhmədovanın Azərbaycan Autizm Assosiasiyasına vitse-prezident təyin olunmasıdır.
Millət vəkili 2018-ci ildən “Vinq Çun” döyüş sənəti federasiyasının birinci vitse-prezidenti vəzifəsini tutub. O, həmçinin federasiyanın təsisçisidir.