Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib. Bu barədə 18 yanvar tarixində Milli Məclis məlumat yayıb.
Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnaməni və Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini əsas götürərək, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir: