Arzu Nəsib oğlu Nağıyev “Şöhrət” ordeni ilə təltif edilib. Bu barədə 26 iyul tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, A.Nağıyev Milli Məclisin deputatıdır. Sabah onun 60 yaşı tamam olur.