Milli Məclisin deputatları Əminə Ağazadə və Tural Gəncəliyev Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkilərini ATƏT PA-nın xətti ilə müşahidə etmək üçün mayın 12-də İstanbul şəhərinə səfər edəcəklər.
Bu barədə 11 may tarixində Report Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verib.
Deputatlar burada seçkilərə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər mayın 15-də başa çatacaq.