Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub. Bu barədə Report 17 yanvar tarixində xəbər verib.
İlk toplantı fevralın 1-də keçiriləcək.
Toplantıda parlamentin yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq.
Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək.