Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində üç yeni hərbi kollec yaradılıb. Bu barədə İnsanoid Nazirlər Kabinetinə istinadən bu gün, 23 may tarixində xəbər verir.
Baş nazir Əli Əsədovun imzaladığı müvafiq Qərara əsasən, Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.
Qərarla Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki həmin xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri də təsdiq edilib.