Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" komandası ilə vidalaşıb. Bu barədə Report 20 may tarixində xəbər verib.
33 yaşlı yarımmüdafiəçi ilə yollar rəsmən ayrılıb.
3-cü Bundesliqa təmsilçisi təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.
Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”də çıxış edirdi. O, bu müddət ərzində Aue təmsilçisində 217 oyuna çıxıb və 48 qol vurub.