Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Almaniyada klubunu dəyişib. Bu barədə Report 10 may tarixində xəbər verib.
32 yaşlı hücumçu Şimal-Şərq Regional Liqasında çıxış edən Berlin "Dinamo"suna transfer olunub.
Təcrübəli forvardın sabiq komandası ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Rüfət Dadaşov bunadək "Şalke"nin əvəzedici kollektivinin kapitanı olub. O, 2017/2018 mövsümündə "Dinamo"nun formasını geyinib.