Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Polşa klubu LKS-yə keçidi rəsmiləşib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 20 yanvar tarixində xəbər verir.
Lodz təmsilçisi 28 yaşlı müdafiəçini rəsmi saytı vasitəsilə təqdim edib.
“Qarabağ”dan alınan mərkəz müdafiəçisi Polşa Ekstraklasa komandası ilə 1,5 illik müqavilə imzalayıb.
LKS hazırda Polşa çempionatında 10 xalla sonuncu pillədə qərarlaşıb.