Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) minaların daha çox hansı ərazilərə basdırıldığını açıqlayıb. Bu barədə 5 may tarixində Agentlik məlumat verib.
“Minalar, əsasən, aşağıdakı ərazilərdə basdırılır:
- Keçmişdə döyüşlər gedən və onlara yaxın sahələrdə;
- Yollar, ana yollar və yol kəsişmələrində;
- Keçid və cığırlarda;
- İçməli və texniki su mənbələrində;
- Elektrik dirəklərinin ətrafında;
- Bağ və meşəlik ərazilərdə;
- Əkin sahələrində;
- Dağıdılmış və ya sahibsiz qalmış evlərdə”, - məlumatda bildirilib.