Mingəçevir şəhər Xətai küçəsində yaşayış evində 29 yaşlı qadın cəsədi aşkarlanıb. Bu barədə martın 31-də Publika.az xəbər yayıb.
O, hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. Onun cəsədi yaxınları tərəfindən tapılıb.
Məlumata görə, mərhum 2019-cu ildən etibarən Mingəçevir şəhəri Ruhi əsəb dispanserində qeydiyyatda olub.
Faktla bağlı araşdırma davam edir.