Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu barədə 21 iyul tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Balıq ovlayan şəxsin Yevlax rayonunun Xanabad kənd sakini Samir Rəsulov olduğu müəyyən edilib. Ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.
Yevlax rayonunun “İstisu” adlanan ərazisində isə qanunsuz ov edən Yevlax rayonunun Tanrıqulular kənd sakini Niyaməddin Məmmədov saxlanılıb, barəsində protokol tərtib olunub.