Mingəçevirdə 12 gündür itkin düşən 90 yaşlı kişinin meyiti tapılıb. Bu barədə 28 mart tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Martın 16-da itkin düşən Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlunun meyiti bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.