Mingəçevirdə 18 yaşlı sürücü ölümlə nəticələnən qəza törədib. Bu barədə noyabrın 1-də APA məlumat yayıb.
Bahadur Hüseynov idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçmək istəyən 30 yaşlı kişini vurub. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.