Mingəçevirdə kişi meyiti tapılıb. Bu barədə 28 aprel tarixində Lent.az məlumat verib.
Hadisə şəhər ərazisində qeydə alınıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 47 yaşlı Ceyhun Şabanov olması müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.