Mingəçevirdə 83 yaşlı kişini avtomobil vurub. Bu barədə 20 iyun tarixində APA məlumat verib.
Belə ki, Samir Əhmədov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən piyada, 1940-cı il təvəllüdlü Sərvaz Orucovu vurub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.