Mingəçevirdə dava düşüb, qardaşlar bıçaqlanıblar. Bu barədə 12 iyun tarixində Report məlumat verib.
Bildirilib ki, ötən gecə saatlarında Mingəçevir şəhəri ərazisində şəhər sakinləri – 2000-ci il təvəllüdlü Süleyman Fərzəliyev və iki qardaş Samir və Seymur Zeynalovlar arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə nəticəsində hər üç şəxs bıçaq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.