Mingəçevirdə 25 yaşlı qadın keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilib. Bu barədə 15 aprel tarixində Baş Prokurorluq məlumat yayıb.
Belə ki, 1994-cü il təvəllüdlü Yasin Məhərrəmov aralarında yaranmış münaqişə zamanı mərhuma çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb. Adıçəkilən şəxs tutularaq istintaqa cəlb edilib.
Ötən il ərzində ölkədə 1 499 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub. Nəticədə 1 536 nəfər zərər çəkib. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.