Mingəçevirdə kater sahilə çarpılıb. Bu barədə İnsanoid Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bu gün, 25 iyul tarixində xəbər verir.
İyulun 24-ü saat 22:00 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çarpılması nəticəsində qayıqda olan sərnişinlər – 25 yaşlı Bayram Abbasov, 16 yaşlı Heydər Həsənzadə və 28 yaşlı Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.