Mingəçevirdə 43 yaşlı qadının meyiti tapılıb. Bu barədə 28 fevral tarixində APA məlumat verib.
Belə ki, ötən gün saat 18 radələrində Mingəçevir şəhər sakini,1980-ci il təvəllüdlü Günel İsayevanın meyiti yaşadığı evin vanna otağında aşkarlanıb.
Onun dəm qazından zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Günel İsayeva 12 saylı məktəbdə müəllim işləyib.