Zaqatalada Gürcüstan Respublikasına məxsus yük maşını aşıb. Bu barədə APA 30 may tarixində xəbər verib.
Qəza səhər saatlarında Yevlax - Zaqatala - Gürcüstan sərhəd-magistral yolunun Zaqatala rayonunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi, xarici dövlətlərdə istehsal edilən minik avtomobillərini daşıyan yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı dirəyə dəyib. Qəzadan sonra yük maşınının qoşqusu aşıb.
Qoşquda olan minik avtomobilləri zədələnib. Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.