Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı məlumatı qəti şəkildə təkzib edib.
Bu barədə 27 iyun tarixində Report Müdafiə Nazirliyinə istinadən məlumat verib.
"İyunun 27-si saat 13:15 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən istiqamətində zavodun atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.