Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 13 fevral tarixində məlumat verir.
Maya Sandu İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.