Moskvanın Savelovski Məhkəməsi “Nə? Harada? Nə vaxt?” teleşousunun azərbaycanlı keçmiş oyunçusu Rövşən Əsgərovu cərimələyib. Bu barədə 30 avqust tarixində APA xarici KİV-yə istinadən məlumat verib.
Rövşən Əsgərov xarici agentin qaydalarını pozduğuna görə 40 min rubl cərimələnib.
Qeyd edək ki, Əsgərov 2022-ci ilin dekabrında Rusiya Federasiyasında xarici agent kimi tanınıb. Onun barəsində "nasizmin reabilitasiyası" ilə bağlı iş də araşdırılır.