Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb. Bu barədə 19 may tarixində Report məlumat verib.
Görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”ndə keçirilir.
Xatırladaq ki, mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.
Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşün keçirilməsi nəzərdə tutulub.