Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb. Bu barədə 5 dekabr tarixində Report məlumat verib.
Görüş Rusiya Xarici İşlər Nazirliyinin binasında keçirilir.
Xatırladaq ki, C.Bayramov dekabrın 4-də Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının bu gün Moskvada keçiriləcək iclasında iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib.