Neftçala rayonunda “Muravey” markalı motosikletdən yıxılan şəxs dünyasını dəyib. Bu barədə Report 24 noyabr tarixində xəbər verib.
Hadisə bu gün səhər saatlarında rayonun Kürkəndi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, motosiklet hərəkətdə olarkən sürücü qəfil əyləci basıb və yük yerində olan Nurəddin adlı şəxs asfalta çırpılıb.
Nəticədə ağır xəsarətlər alan sərnişin hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.