Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Bu barədə 7 fevral tarixində Report məlumat verib.
Saat 15:00-a qədər respublika üzrə 3 922 187 nəfər səs verib. Seçici fəallığı 60,54% olub.
Hesabat vermiş məntəqələrin sayı 6 515-dir.