Mərkəzi Seçki Komissiyasında (MSK) vəzifə təyinatı olub. Bu barədə 17 yanvar tarixində Report xəbər verir.
Belə ki, MSK-nın əməkdaşı Fərid Əbilov Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, F.Əbilov 1988-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib. 2012-ci ildən MSK Katibliyinin Təşkilat şöbəsində böyük məsləhətçi, sonradan isə Katiblik müdirinin köməkçisi vəzifələrində işləyib.