Mərhum Keşlə qəbiristanlığında torpağa tapşırılıb. Bu barədə İnsanoid bu gün, 22 iyun tarixində xəbər verir.
Ötən gün İstanbulda “Levent Cami”sində “Palmali Holding” şirkətinin prezidenti Mübariz Mənsimovun atası Qurban Mənsimovun vəfatı ilə əlaqədar cənazə namazı qılınıb.
Ağır xəstəlikdən əziyyət çəkən Qurban Mənsimov ötən gün İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Azərbaycanlı iş adamının Türkiyəni tərk etməməsi ilə bağlı qərar hələ də qüvvədə olduğu üçün o, atasının dəfn mərasimində iştirak edə bilməyib.