Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bu barədə 12 yanvar tarixində Report məlumat verib.
Həmin vəzifəyə hələlik yeni təyinat olmayıb.
Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub.
O, 2006-cı ildən - Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.