Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib. Bu barədə 24 iyul tarixində Report məlumat verib.
Hadisə nəticəsində Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğlu hadisə yerində ölüb.
Şirvan şəhərinin Xaqani küçəsində yaşayan, 1978-ci il təvəllüdlü Səbinə Şəkərova isə xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
“Sursat partlayışı üzrə araşdırma aparılır”, - Baş Prokurorluqdan bildirilib.