Hacıqabul polisi rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən iki nəfəri saxlayıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 27 noyabr tarixində xəbər verir.
Araşdırmalarla onların Bakı şəhər sakini E.Xəlilov və Sumqayıt şəhər sakini A.Fərzəliyev olduqları müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən 2 ədəd ov silahı, 1 ədəd səsgücləndirici və qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.