Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib. Bu barədə 23 noyabr tarixində Qafqazinfo məlumat verib.
44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.
Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Müharibənin gedişində ona baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra Qubadlının və Cəbrayılın azad edilməsinə görə medallarla təltif edilib.
[gallery link="file" size="full" ids="138894,138893,138892"]