Tamara İlyiniçna Sinyavskaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 6 iyul tarixində xəbər verir.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Bu gün Tamara İlyiniçna Sinyavskayanın 80 yaşı tamam olur. O, görkəmli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı olub.